Keçmiş məhkumdan avtomat silah tapıldı

Bakıda keçmiş məhkumun çantasından avtomat silah tapılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qara Qarayev prospektində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Camalov şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 0,170 qarm heroin və əlində olan idman çantasından 1 ədəd qundağı çıxarılmış AKM markalı avtomat, 2 ədəd sandıq və 108 ədəd 5,45 kalibirli patron götürülüb. Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az