Sərin hava şəraiti davam edəcək

Sabah Azərbaycanın bəzi ərazilərində qısamüddətli yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, aprelin 22-də Bakıda və Abşeron yarımadasında havanın əsasən buludlu, keçəcəyi, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-13, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində aprelin 22-də bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlıq ərazilərdə gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında mövsümə uyğun hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

AzNews.az