Primadonna əsəbləşdi: “Görün, bunların başı nə gündədir“

Xalq artisti İlhamə Quliyeva "Nə varsa" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni onun haqqında fikir bildirənlərə ismarıc göndərib:

"Sənətkarları parodiya edənləri, onlar haqqında fikir bildirənləri yerində oturtmaq lazımdır. Mənim haqqımda heç kimin fikir bildirməyə haqqı yoxdur. Buna yalnız Rəşid Behbudovun, Müslüm Maqomayevin, Sara Qədimovanın, Tükəzban xanımın ixtiyarı var idi. Sağ olsaydılar, onlar sənətimə münasibət bildirərdilər. Çıxıb sənətkara söz atırlar, parodiya edirlər! Olmaz belə hərəkətlər! Gərək o mənim səviyyəmə çatsın ki, söz də atsın. Biri çıxır efirdə mənə tərbiyəsiz sözlər deyir. Səhəri şikayət edirəm. Gedib hüquq mühafizə orqanlarında söyləyir ki, o sözləri özümə deyirdim, ona yox. İndi görün, bu insanın başı nə gündədir".

AzNews.az