Onun içindəki böyük üsyan

Rövşən Almuradlının 60 illiyinə

"Mərdi qova-qova namərd eləyirlər" - belə bir deyim var. Düşünürəm ki, bu deyim hansı formada deyilirsədə deyilsin, mərdi qova -qova namərd eləmək mümkün deyil. Sadəcə olaraq namərd insanlar mərdi öz sıralarında görmək istəməklərindən, bəlkə də bu məsəli bu cür formalaşdırıblar. Mərd elə mərdir. Böyük ədibimiz Cəlil Məmmədquluzadə haqqında belə bir deyim var. Əgər Cəlil Məmmədquluzadə, təkcə "Poçt qutusu" əsərini yazmış olsaydı, yenə də ədəbiyyat tarixinə öz adını qızıl hərflərlə yazmış olardı.Təkcə bir roman, bir şeir və yaxud hər hansı rəsm əsəri bəs edər ki, müəllifinin böyüklüyünü görə biləsən.

Rəhmətlik Fərman Kərimzadə "Axırıncı aşırım" romanında Kərbalayı, Böyük yazıçımız İsmayıl Şıxlı "Dəli kür" romanında Cahandar ağa obrazlarını yaratmaqla, rus idialogiyasına etiraz olaraq, "bu xalq siz düşündüyünüz kimi deyil", deməyi bacardılar. Əfsus ki, düşünmədən daşınmadan cavidlərin, müşfüqlərin həyatını qurban verənlər, dərk etmədilər ki, bu böyük insanlar xalqın sərvətləri hesab olunurlar. Rövşən Almuradlnın tamaşaya qoyduğu əsərlər aktuallığı, düşüncə tərzi, vətənpərvərliyi ilə seçilb.

Tamaşaları ilə söz deməyi bacaran sənətkardır. Çəkdiyi filmlərin hər birində tarixə, vətənə və dövlətə böyük sevgi ön planda dayanıb. Hacı Zeynəlabdin Tağıyev "Yük" filmində, milyonçu mütəfəkkür. Cavad xan, "Cavad xan" filmində vətənpərvər, mərd döyüşçü, xalqın tarixi abidələrindən bəhs edən onlarla sənədli filmlər Rövşən Almuradlının daxilində böyük bir üsyanın, bir ağrının, torpaq ağrısının, haqsızlıq üsyanın olduğunu biruzə verir . Əziz insan ,gözəl ailə baçısı, böyük sənətkar və mərd dost! Sizi 60 illik yubileyiniz münasibəti ilə təbrik edir,sizə usun ömür,can sağlığı və sənət uğurları arzulayırıq.

Gəray Əlibəyov- "Ulus" prodüser mərkəzinin rəhbəri

AzNews.az