Rauf Mirqədirovun xanımı danışdı

Ötən gün həbs olunmuş jurnalist Rauf Mirqədirovun xanımı Adilə Babaxanova həyat yoldaşına görə pul yığılması ilə bağlı Facebook-da yayılan elanla əlaqədar KİV-ə müraciət edib.

"Naməlum adamlar bizim adımızdan elan yayaraq pul toplamağa çağırış ediblər. Biz heç kimə müraciət etməmişik və heç kimə pul toplamaq üçün səlahiyyət verməmişik", - o bildirib. A.Babaxanova öz uşağıyla birlikdə artıq Ankaranı tərk etdiyini və hazırda Türkiyədə olmadığını da deyib..

AzNews.az