Bakıda seksual manyak polis bölməsindən qaçdı

Aprelin 19-da Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qadınlara qarşı seksual xarakterli hərəkətlər edən şəxs saxlanılıb.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, günorta saatlarında özünə məxsus "Mercedes" markalı avtomobili ilə birlikdə saxlanılaraq polis bölməsinə gətirilən Sabunçu rayon Bakıxanov qəsəbə sakini olan 1984-cü il təvəllüdlü İlkin Qasımovun ifadəsi alınıb. O, ilkin ifadəsində qadınlara qarşı seksual xarakterli hərəkətlər etdiyini qismən etiraf edib.

Polis bölməsində saxlanılan İ.Qasımov daha sonra polislərin gözündən yayınaraq qaçıb.

Hazırda onun yaxalanaraq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.

AzNews.az