“ Leyla Yunus ermənilərin məhəbbətini ürəyindən çıxarda bilmir”

"Leyla Yunusun "bəyanatı" bir daha onu göstərir ki, o hələ də ermənilərə olan məhəbbətini ürəyindən çıxarda bilmir. Getdikcə bunu açıq şəkildə ifadə edir".

AzNews.az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Leyla Yunusun Rauf Mirqədirovun həbsində Azərbaycan hakimiyyətini qınayaraq Ermənistanda vətəndaş cəmiyyətinin daha demokratik olması iddiasına münasibətini bildirərkən deyib. YAP rəsmisi qeyd edib ki, Leyla Yunus Rauf Mirqədirovun həbsi ilə bağlı hüquq-mühafizə orqanlarının açqlamalarını gözləmədən tələm-tələsik guya onu müdafiə edirmiş kimi "bəyanat" yayıb: "Buradan sual yaranır ki, ay Leyla Yunus niyə bu qədər canfəşanlıq edirsən? Bəlkə bu canfəşanlığın arxasında nə isə var? Ona görə bu cür adamların yaydıqları hər bir sənədlər, fikirlər nəyisə gizlətmək məqsədi daşıyır. Hesab edirəm ki, bu da onun bir nümunəsidir".

AzNews.az