Səhiyyə naziri istefaya göndərildi

Səudiyyə Ərəbistanının səhiyyə naziri Abdullah ər-Rübayya tutduğu vəzifədən azad edilib. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə Səudiyyə agentliyi xəbər verir. Onun yerinə əmək naziri Adel Fakeyhu təyin ediləcək. Ekspertlər qeyd edirlər ki, bu istefanın mümkün səbəbi ər-Rübayya tərəfindən rəhbərlik etdiyi nazirlik ölkədə koronavirusun yayılmasının qarşısını ala bilməyib. Yalnız aprelin 20-də daha 13 yoluxma faktı təsdiqlənib.

2012-ci ilin sentyabrından Səudiyyə Ərəbistanında virusun ilk dəfə aşkar olunduğundan, bütün dünya üzrə 200-dən çox yoluxma halı qeydə alınıb, onlardan 86 ölümlə nəticələnib. Virus əsasən xroniki xəstəliklərdən əziyyət çəkənləri, zəif immuniteti olan insanları vurur.

AzNews.az