Milli adət-ənənələri tərənnüm edən film

"Humay" qızlar ansamblının rəhbəri tarzən və müğənni Humay Qədimova milli adət-ənənələri tərənnüm edən film çəkdirib.

Bunu AzNews.az-a müğənninin özü deyib. O, bu günlərdə xınayaxdı səhnəsini canlandırıb. Qeyd edək ki, Humay xanım qızlarla birlikdə illərdən qorunub gələn bu ənənəni əyani şəkildə göstərib. Ailə quran cütlüyün həyatında yaşanan xınayaxdı mərasimində milliliyin qorunmağının vacibliyi xüsusi vurğulanıb. Humay Qədimova təbliğatın bir qolunu də milli geyimlərin təşkil etdiyini bildirdi və qarderoblarından bunu əskik etmədiklərini bildirib.Sənətçi tezliklə ansamblın təqdimatında illərdən bu günümüzə gələn bir çox adət-ənənələri ekrana gətirəcəklərini bildirib: "Bəzi adətlərimiz var ki, zamanla unudulur. Gənclər müasirliyə can atır. Biz milli adətlərimizi elə bir tərzdə təqdim etmək istəyirik ki, yaşından asılı olmayaraq, bəyənilsin" deyə bildirib.

Bahar
AzNews.az