Leriklə “Haqq-hesab”- FOTOLAR

AzNews.az bu dəfə Leriklə haqq-hesab edib.

Lerik rayonunun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə ediblər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur.

Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m). Əsasən pallogenin vulkanogen-çökmə süxurlarından təşkil olunub.

Lerikin bitki örtüyü əsasən kollu və seyrək meşəli çəmənlərdən və dağ meşələrindən ibarətdir. Meşələrdə palıd, vələs, fıstıq, qoz, dəmirağacı, azalt (nil) çoxluq təşkil edir. Lerikdə yaşayış məntəqələrinin sayı 161-dir. 29 ərazi-inzibati vahidi, 1 qəsəbəsi, 161 kəndi var. Lerik həmişə uzunömürlülər diyarı kimi məşhur olmuşdur. Bu rayonun sakini olmuş Şirəli Müslümov uzunömürlülük üzrə dünya rekordu vurub. O, 163 il (1812-1975) ömür sürüb. Onun digər həmyerlisi Məcid Ağayev 138 il (1835-1973) və Mahmud Eyvazov isə 150 il (1808-1958) yaşayıb. Hazırda bu rayonda yaşı 100-ü keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlamış onlarca insan yaşayır.

Ötən il Lerik rayonunun iqtisadi, sosial və mədəni həyatında yüksək nailiyyətlər əldə olunub. Prezident İlham Əliyevin ucqar dağ rayonunun sosial-iqtisadi inkişafına göstərdiyi misilsiz qayğı sayəsində tikinti, abadlıq, quruculuq işlərinin həcmi artıb və irimiqyaslı layihələrin həyata keçirilməsinə başlanılıb. Ötən ilin statistik göstəricilərinə göz gəzdirsək görərik ki, təkcə 2013-cü ildə kənd təsərrüfatı məhsulları istehsalı keçən ilin müvafiq dövrünə nisbətən rayonda 16,8 faiz artaraq 38 milyon 225 min manata, sənaye məhsulu 2,9 faiz artaraq 712,3 min manata, nəqliyyat xidməti 2,9 faiz artaraq 2 milyon 703 min manata, pərakəndə əmtəə dövriyyəsi 3,8 faiz artaraq 68 milyon 596 min manata, pullu xidmətlər 15,3 faiz artaraq 12 milyon 939 min manata çatıb. Tikinti-quraşdırma işlərinin həcmi 6,8 dəfə artaraq 27 milyon 746 min manat olub.

İkinci Dövlət Proqramının icrası dövründə rayonda 4369 iş yeri, o cümlədən cari ildə 926, 2004-2013-cü illər ərzində 9123 yeni iş yeri açılıb. İş yerlərinin 40 faizdən çoxu daimi iş yerləridir. Ötən il 12 yeni məktəb binası, rayon statistika idarəsi üçün inzibati bina, mərkəzi xəstəxananın uşaq xəstəlikləri şöbəsi, 75 yerlik şəhər uşaq bağçası tikilib istifadəyə verilmiş, Nuravud kənd tam orta məktəbi, DSMF-in rayon şöbəsinin inzibati binası əsaslı təmir edilib. Lerik şəhərindəki uşaq bağçasının ikinci korpusunda son tamamlama işləri aparılır. Hazırda 4 kənddə yeni məktəb binaları tikilir, Mastayıl kənd tam orta məktəbində əsaslı təmir işləri aparılır. Bundan başqa, 26 kilometr uzunluğunda Lerik-Qosmalian-Kəlvəz yolu tikilərək istifadəyə verilmiş, 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometr uzunluğunda Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə başlanılıb. 6 kilometr uzunluğunda daxili yollara asfalt döşənmiş, kəndarası yollarda təmir işləri aparılıb.

Lerik respublikamızda və onun hüdudlarından kənarda həm də turizm diyarı kimi tanınır. Son illər Lənkəran-Lerik yolu boyunca, Qosmalian, Kələxan və Bilnə kəndlərində hər cür şəraiti olan yeni turizm istirahət mərkəzləri, çoxlu ticarət, iaşə obyektləri tikilib.

AzNews.az Lerikdən olan fotoları təqdim edir:

AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description