“Atlar ölüb, itlər kef edirlər“: Namiq Qafarov hirsləndi

"N-Brothers" qrupu bir müddətlik fasilədən sonra yenidən fəaliyyətini davam etdirir. Qrupun rəhbəri və yaradıcısı Namiq Qafarov AzNews.az-a açıqlamasında bildirib ki, qrup üzvlərindən bəzilərinin ailə vəziyyəti ilə bağlı müəyyən fasilə yaranıbmış. N.Qafarovun sözlərinə başqa bir səbəb özünün səhhətində yaranmış problem imiş: "Qrupumuzun üzvü Anar Cəfərov ailə vəziyyətilə bağlı Yekaterinburq şəhərinə getdiyi üçün bizim qrupda bir müddət fasilə yaranmışdı. Bir müddətlik fasilədən sonra yenidən fəaliyyətə başlamışıq. Onu da qeyd edim ki, deyəsən şou- biznesdə "atlar ölüb, itlər kef edirlər". Səsi, sənəti olmayanlar da çıxıb efirlərdə sənətdən, musiqidən danışır.Elə kim gəldi bir qrup yaradır. Unutmasınlar ki, N-Brothers qrupu 2000- ci il sentyabrın 17-də yaranıb və bu günədək də öz fəaliyyətini yaradıcılığı ilə göstərir. Hətta bizdən sonra yaranan "qrup"lar da bizim stildə geyinirlər. Bəzi vaxt qrup üzvlərimizlə söhbət edəndə deyirik ki, o biri qruplar bizim geyindiyimiz üslublarin hamısından yetərincə yararlanıblar",

N.Qafarov bildirib ki, hazırda Azərbaycanda 70-dən çox qrup olsa da, onların əksəriyyətini fəaliyyəti yoxdur:

"Barmaqla sayılası qədər səsi və sənəti olan solistlərdən ibarət qrup adı çəkmək olar. Bir sözlə qrupların çoxu "yağışdan sonra çıxan göbələk"ləri xatırladır"..

İntiqam
AzNews.az