Qurbanlıq dəvə camaata hücum etdi- VİDEO

Müsəlman dünyasının xüsusi təmtəraqla qeyd etdiyi Qurban bayramına bir neçə ay qalmış sosial şəbəkələrdə maraqlı bir video yayılıb.

Videonu paylaşanlar görüntünün İranda qeydə alındığını yazırlar. Videoda ərəblər kimi geyinən adamların bir dəvəni əhatəyə alıb dua oxuduğu, daha sonra bıçaqla boğazından vurduğu görünür. Zərbənin təsirindən ipi qırıb adamların, avtomobillərin üstündən keçən dəvə boğazından qan fışqıra-fışqıra qaçıb uzaqlaşmağa çalışır.(axar.az)