Gəncəni su basdı- FOTOLAR

22 aprel 2014-cu il tarixində Gəncə şəhəri ərazisində hava şəraiti kəskin dəyişib, leysan xarakterli yağış yağıb.

Anspress-in verdiyi məlumata görə, şəhərin Şəddadilər, Dadaş Bünyadzadə, Şah İsmayıl prospektində küçədən axan sular bir çox fərdi yaşayış evlərinin və inzibati obyektlərin həyətlərini və zirzəmilərini su basıb. Məişət əşyaları suyun altında qalıb. Gəncədə isə güclü yağış bir sıra fəsadlara yol açıb. Leysan suları Gəncənin su-kanalizasiya problemini yenidən qabardıb. Su çəkən quyuların nazaslığı ucbatından yollarda hərəkət çəkinləşib. Şəhərin mərkəzindəki Cavad xan küçəsində suyun hündürlüyü yarım metrə çatıb. Burada da quyuların normal işləməməsi leysan suyunun evlərə və ticarət obyektlərinə dolmasına səbəb olub. Sahibkarın mağazasıın anbarına su dolması nəticəsində isə ticarət malları su altında qalıb. Ona 30 min manat dəyərində ziyan dəydiyi deyilir.

Gəncə sakini Rəsul Əndi deyib ki, su dizimdən idi, bizim kluba su doldu, yanımızda paltar mağazası var, ora da su doldu, metr yarım su zirzəmiyə dolub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib.

AzNews.az
image description image description image description image description image description image description