Yanacaqdoldurma məntəqəsində partlayış: ölənlər var

Ukraynanın Kiyev vilayətinin Pereyaslavl-Xmelnitski şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində ötən gün baş vermiş partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Kiyev vilayəti administrasiyasının rəhbəri Vladimir Şandra bildirib.

Bundan əvvəl partlayış nəticəsində 4 nəfərin öldüyü bildirilirdi.

Fakt üzrə yanğın təhlükəsizliyi qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az