Azərbaycanda doğuş vaxtı daha bir ana öldü

Ucar rayonunda ana doğuşdan sonra dünyasını dəyişib.

Ucar Rayon Mərkəzi Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə gecə saatlarında baş verib. Zərdab rayon sakini, 1994-cü il təvəllüdlü Sayad Abdulrəhmanova aprelin 21-də doğuş üçün Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Doğuş qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilib. Uşaq götürüləndən sonra ananın vəziyyəti pisləşib. Xəstəxanaya Bakıdan çağırılan həkimlər gəlsə də, ananı xilas etmək mümkün olmayıb, qadın gecə saatlarında dünyasını dəyişib.

Dünyaya gələn oğlan uşağının isə tam sağlam olduğu bildirilib. Bu, S. Abdulrəhmanovanın ilk doğuşu imiş.

AzNews.az