Azad Rəhimov ANS-i məhkəməyə verir

Gənclər və İdman Nazirliyi ANS televiziyasını məhkəməyə verir.

AzVision.az xəbər verir ki, bu barədə nazir Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında məlumat verib. A.Rəhimov bu addımı nazirliyin Daşkəsən rayonundakı Gənclər Mərkəzinin tikintisində korrupsiya faktına yol verilməsi ilə bağlı yayılan iddialara görə atdığını bildirib.

Nazir televiziyanı dəqiqləşdirməmiş məlumat yaymaqda ittiham edib. O vurğulayıb ki, bu məlumatın yayılması Azad Rəhimova qarşı yox, prezidentin siyasətinə təxribatdır.

AzNews.az