Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq

Bakının mərkəzində bir neçə küçədə hərəkət məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən, Neftçilər prospektində (Azneft dairəsindən "Dalğa Plaza"ya qədər), Nizami Gəncəvi və Ələddin Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. İşlərin bu gecə başa çatdırılması planlaşdırılır.

AzNews.az