Rauf Mirqədirov: “Ermənilərlə təkcə mən görüşməmişəm“

Dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən "Ayna" - "Zerkalo" qəzetlərinin əməkdaşı Rauf Mirqədirov onunla görüşən hüquq müdafiəçisi Elçin Behbudova bildirib ki, ermənilərlə təkcə o görüşməyib.

E.Behbudov R.Mirqədirovun ona danışdığı, amma heç bir yerdə dərc olunmayan fikirlərini Teleqraf.com-a bölüşüb. "Rauf mənə dedi ki, niyə təkcə onu həbs ediblər, anlaya bilmir. Həmin layihə çərçivəsində keçirilən tədbirlərdə Leyla və Arif Yunus da iştirak edib".

Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistanın qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq layihələrinin iştirakçısı olmuş Rauf Mirqədirov aprelin 19-da tutulub. O, Ermənistana casusluq etməkdə ittiham olunur. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

AzNews.az