Donetskdə silahlı toqquşma- Polis əməliyyat keçirdi

Ukrayna polisi Donetsk vilayətində Mariupol şəhər Şurasını ələ keçirənləri binadan çıxarıb.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi xəbərə görə, Ukrayna daxili işlər naziri Arsen Avakov bildirib ki, polis bir müddət əvvəl Mariupol şəhər Şurasını ələ keçirən separatçılarla bağlı əməliyyat tədbirləri həyata keçirib. Əməliyyat nəticəsində Şuranın binası hökumət qüvvələri tərəfindən nəzarət altına alınıb. Nazir deyib ki, artıq adıçəkilən qurumun binasında normal iş fəaliyyəti bərpa edilib: "Hazırda binada mühəndis istehkamçılar yoxlama tədbirləri həyata keçirirlər. Şəhərin meri öz icrasına başlayıb və vəziyyət normallaşmağa doğru gedir".

Aydan
AzNews.az