Cəmil Həsənli Müsavatla bağlı özünə qadağa qoyub

"Qərar vermişəm ki, Müsavat Partiyası ilə bağlı heç bir suala cavab verməyəcəm. Sözdən söz çıxarırlar və nəticədə qarşıdurma yaranır".

Bunu AzNews.az-a açıqlamasında Milli Şura sədri Cəmil Həsənli deyib.
C. Həsənli Müsavat Partiyasında bir qrup müxalifət təşkilatının liderlərinin iştirakı ilə keçirilən məxfi toplantıdan da danışıb: "Müsavat Partiyasında keçirilən tədbirin Milli Şura ilə bağlılığı yox idi. Yəni Milli Şura çərçivəsində deyildi. Buna baxmayaraq, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehman Əliyev bu yığıncaqda iştirak edib. Səhv etmirəmsə, o, Milli Şuraya daxil olmayan siyasi partiyaların toplantısı idi. Bütün hallarda müxalifətçilərin toplantılarını normal qarşılayıram".

C. Həsənli Milli Şuranın fəaliyyəti ilə bağlı yaxın günlərdə mətbuata geniş açıqlama veriləcəyini də vurğulayıb.

Bahar Rüstəmli
AzNews.az