Ərdoğan, nə olur, çıx get!

...Bu gecə sabahı gözlərimlə diri açdım. Neçə gündür zökəm məni əldən salmışdı. Zökəmə nə var, ömrünü sürüb, sonra canından çıxıb gedir. Ancaq canımı incidən başqa bir bəla var idi. Türk dünyasının öz dilində danışan adamı ilə şərə-böhtana batma bəlası. Söz yarasından aldığım bəla. Eşitdiklərimdən dəhşətə gəlmişdim. Türkiyə Cümhuriyyətinin başbakanı ermənilərə başsağlığı verdi. Ya.. hu...

Bundan sonra nələr olacaq? Bütün türk dünyasının haqq savaşını bir dövlət rəsmisi bir neçə cümlə sözü ilə heçə endirdi. Düz 100 ildir ki, ermənilər və onların havadarları bu qondarma "soyqırımı"nı qəbul etdirmək üçün dəridən –qabıqdan çıxırlar. Amma cəhdləri boşa çıxırdı. Sən, Rəcəb Tayyib Ərdoğan onların bu ümidlərini doğrultdun. Bütün bunları bilmək üçün türk tarixini bilmək lazımdır.

Və bir də "soyqırımı" sözünün mənasını dərindən anlamaq lazımdır. 10 il Mərkəzi Asiya dövlətlərində televiziya müxbiri kimi, min bir əzab-əziyyətlə erməni həqiqətlərini yaydım, hətta buna görə bəzən bizim səfirliklərimizdə də ermənilərə qarşı etdiyim mübarizəyə görə, mənimlə mübahisə edən "diplomatlarımız" tapıldı.

Lakin şükürlər olsun ki, çox insanları oyada bildim. Ətrafıma ermənilərin iç üzündən xəbərdar və xəbərsiz olanları yığıb konfranslarda bu həqiqətləri əqidə dostlarımızla dünyaya səpələyə bildik. Çıxardığımız qəzet və kitablarda, televiziya məlumatlarında xeyli həqiqətləri söylədik. Qazaxıstanın adlı -sanlı fəlsəfə elmləri doktoru Kazbek Kasgenov Xocalı soyqırımı ilə bağlı keçirdiyimiz konfransların birində belə bir fikir söyləmişdi: "Uzun illərdir ki, ermənilər özlərini əzabkeş xalq kimi göstərərək, Türklərin onları qırdığını söyləyir. Soyqırıma məruz qaldıqlarını deyirlər. Soyqırım Xocalıda olub. Evində dinc oturan insanları ermənilər gəlib qırıblar. Genosid, soyqırımı evində oturarkən öldürülməyin, talan və viran olmağındır".

İndi , həmin o Kazbek Kasgenovun sözü olmasın, ay erməni dığası, 99 il bundan əvvəl sən Türkiyədə nə .... zad yeyirdin. Xarabanda, evində niyə oturmurdun. Türkiyəyə hücum etməklə, vətənini, tarixi torpaqlarını müdafiəyə qalxan günahsız türk əsgərlərinin də qanına səbəb oldun. O qan tutsun sizi!!! Gorbagor olasınız!!! Hara gedirsinizsə, orada bir müharibə, qan ocağı yaradırsınız. Mədəniyyətsiz, tarixsiz, kitabsız ermənilər. Heç olmasa türk dilində mənimsədikləriniz "Qarabağ", " dolma", "lavaş" sözlərinin tarixi kökünə baxıb, sonra bu adlara, yerlərə yiyə çıxın.

Mətləbdən uzaqlaşdım deyəsən. Tayyib Ərdoğan Barak Obamanı qabaqladı. Bununla kimə sədaqət göstərdiyini anlaya bilmədim. Hər il 24 apreldə, Dünya Türkləri həyəcanla gözləyir ki, Ağ Ev nə deyəcək?! Ağ ev "soyqırımı" deməyə cəsarət etmədi, sən isə Türk xalqına, tarixinə XƏYANƏT edərək, erməni tulalarına başsağlığı verdin. Billirsən nə oldu?! Xocalda diri-diri yananların, meşələrdə cəsədləri heyvanlara yem olan, qəbirləri olmayan azərbaycanlıların ruhları dəli oldu. Gələcəklər, yatağına, otağına... Hesab soracaqlar. Səni o zaman tanıdım. Türk qadının başına türban geyindirməyə cəhd etdiyin zaman. Tarixə yenə bir nəzər salaq. Türk qadını savaşlarda at belində qardaşının, ərinin, oğlunun yanında oldu. Hün imperatoru Mete Xanın türbansız xanımı üzü açıq, alnı açıq elçiləri qarşılayardı. Belə nümunələrimiz çoxdur.

Türk qadınına türban geyindirməklə, gələcəkdə Türkiyədə hakimiyyətini bərpa etmək üçün dini hürufatı, qatı islamı ölkəyə gətirdin. İslam müasirliyi sevir. Türk dünyasıının danılmaz lideri Nursultan Nazarbayev deyir ki, "biz İslami dəyərlərə hörmətlə yanaşırıq, lakin tarixi kökükümüzü, türkçülüyümüzü heç vaxt unutmamalıyıq".

Hələ o turban savaşını Azərbaycana da ötürmüşdünüz. Nə yaxşı ki, Azərbaycanın uzaqgörən, dünya siyasətində bilgisi olan Heydər Əliyev kimi şəxsiyyətdən siyasi dərs alan İlham Əliyevi var. Onun rəhbərliyi ilə, Azərbaycanda "türban oyunu" baş tutmadı. İndi də iç savaşını yenə Azərbaycana gətirdin. "Nurçuluq!!!". Əsla, inanmıram, bu uydurmalarına da. Nə olur,etmə!!! Öz savaşını özün apar, bizim başıbəlalı ölkəmizi oyunlarına qatma. Onsuz da rus bir yandan, Ermənistan o biri yandan, İran bu tərəfdən çaqqal kimi üstümüzə düşüblər. Biz isə Türkiyəyə inanırdıq. Boz qurda inandığımız kimi.

Səndən əvvəlki dövlət başçıları Azərbaycanı bu qədər hədələmirdilər. Onlar Azərbaycan deyəndə , "CAN", "ÜRƏK" anlamındaydılar. Aç ürəyini, göstər görüm, orada Azərbaycan sevgisi varmı?! Nəinki mən, son bir neçə ildə etdiyin revanşlardan sonra, çoxlarımız səni yaxşı tanıyırıq. Sənin mübarizən hakimiyyət mübarizəsidir. Bizim hər birimiz "Erməni soyqırımı" tanınmasın deyə , Azərbaycanın elçilikləri, disporları daxil olmaqla mübarizə apardığımız bir vaxtda, erməniyə başsağlığı verdin. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən yüksək tribunalarından erməni vandallığını, hiyləsini tarixi faktlarla yaydığı bir vaxtda, təşkilatları inandırdığı bir vaxtda, bu etdiyin nə idi?!

Özbəkistanın prezidenti İslam Kərimov Azərbaycan torpaqlarını işğal etdiyindən, ermənilərlə heç bir işbirliyinə getmir, Özbəkistanda Ermənistanın bir diplomatik nümayəndəsi belə, yoxdur. Çünki o bu tarixi gözəl bilir. Çünki o dostluğa sədaqətlidir. Sən isə, ermənilərin başın tumarlayıb, Azərbaycandan inciyən kimi, Ermənistanla sərhədlərin açılması ilə bağlı söhbətlər yayırsan. Bir erməni dığası Hrant Dinkin müdafiəsinə qalxarkən "həpimiz erməniyik" deyənləri niyə cəzalandırmadın? Ancaq sənin səhv hərəkətini söyləyənləri, açıb göstərənləri həmən zindanlara atırsan. Atatürkün sədaqətli generalları, əsgərləri heç zaman TÜRK DÜNYASINA XƏYANƏT ETMƏZLƏR!!! XƏYANƏT, ermənilərə başsağlığı verməkdir.

Nə olur. Çıx get, get ki, Azərbaycan dövlətininin arxa çevirəcəyi birisi gəlsin ki, biz də öz mübarizəmizdə TƏK olmadığımızı bilək! Axı, Türkiyə təkcə, AKP-çilərin, başına qara türban geyənlərin deyil, həm də bütün TÜRK dünyasının Türkiyəsidir!!!

Yazmasaydım, ölərdim, partlayardım. Sənin əlin uzundur, həbs etdirdiyin adamların siyahısına məni də yaz!!!

AzNews.az