İlham Əliyev həmkarları ilə görüşdü-FOTO

Azərbaycan prezidenti İlham Əliyev Praqada Moldova prezidenti Nikolae Timofti ilə görüşüb.

AzNews.az xəbər verir ki, görüşdə Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd edilib.
Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.


Bu gün Azərbaycan prezidenti polşalı həmkarı Bronislav Komorovski ilə də görüşüb.
Görüşdə Azərbaycanla Polşa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Polşa prezidenti B. Komorovski Azıərbaycanın dövlət başçısını ölkəsinə səfərə dəvət edib.


Prezidenti İlham Əliyevin növbəti görüşü isə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə olub. Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafından razılıq bildirilib, yüksək səviyyəli regional əməkdaşlığın bu əlaqələrə töhfə verdiyi qeyd olunub. Enerji sahəsində əməkdaşlığın uğurlu olduğu da vurğulanıb.

G. Marqvelaşvili də Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət edib.

Qeyd edək ki, Azərbaycan prezidenti İilham Əliyev Çex Respublikasında işgüzar səfərdədir. Prezident Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının Praqada keçirilən növbəti sammitində də iştirak edib.

AzNews.az
image description image description image description