Mətanət dolmaya görə ərindən boşanıb

ATV-nin "Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyeva həmin kanalda yayımlanan "Öz aramızda" verilişində hər kəsi şoka salacaq açıqlamalar verib.

AzNews.az-ın məlumatına görə teleaparıcı bildirib ki, ilk dəfə 18 yaşında ailə qurub və 3 dolmaya görə ailəsi dağılıb:

"Yetərincə çılğın insanam, burdan vurub, ordan çıxıram. İlk ailə həyatımın dağılması da buna görə olub. 18 yaşımda oğlum dünyaya gəlmişdi. Məsələn, atamgildə kələm dolması iri bükülürdü və mən də həmin dolmanın altısını yeyirdim. Ailə qurandan sonra bir gün gəldim ki, mənə qabda üç dənə xırda dolma qoyublar. Etirazımı bildirdim. Qaynanam dedi ki, gedib evində yeyərsən. Belə-belə mübahisələrin əsası qoyuldu. Ailə qurmağımızdan iki il keçməmiş ayrıldıq".

Aparıcının bu açıqlaması veriliş iştirakçılarının da təəccübünə səbəb olub.
Qeyd edək ki, M.Əliverdiyeva son zamanlar qeyri-adi hərəkətləri ilə mətbuatın və sosial şəbəkələrin gündəmindədir. Hətta o bir müddət öncə müğənni Röyanı öz verilişində yıxmışdı.

İntiqam
AzNews.az