Yol Polisidən gecəyarı xüsusi əməliyyat

Dövlət Yol Polisi gecə saatlarında Azneft dairəsindən Bakı Bulvarına doğru istiqamətdə reydlər keçirməyə başlayıb.
Hadisə şahidlərinin Qaynar.info-ya verdiyi məlumata görə, avtomobillər saxlanılaraq onların dövlət nömrə nişanları texniki pasportları ilə tutuşdurulur.
Reydin xüsusi tapşırıq əsasında məmur övladarı ilə bağlı keçirildiyi iddia olunur.
Qeyd edək ki, mətbuatda bir neçə gündür məmur övladlarının eyni nömrə nişanlı avtomobillərdən istifadə etdiyi və "avtoş"luq etdiyi barədə ardıcıl xəbərlər yayılır.
Dövlət Yol Polisi İdarəsi də məsələ ilə bağlı mediaya mövqeyini açıqlayıb və belə halların yolverilməz olduğunu qeyd edib.
Bu gün gecəyarı qəfil reydlərin başlanmasının də məhz bu məsələ ilə bağlı olduğu istisna deyil.