Metropolitendən həbs xəbərinə reaksiya- YENİLƏNİB

Bakı Metropolitenində həbslər dalğası gözlənilir.

"Azadlıq" qəzetinə daxil olan məlumatlara görə, metropolitendə aparılan yoxlamalardan sonra həbslərə start veriləcək. Məlumatda deyilir ki, aparılan yoxlamalar metropolitenin keçmiş rəisi Tağı Əhmədovun fəaliyyəti dövrünü əhatə edir.

Artıq bir sıra ciddi korrupsiya əməliyyatları üzə çıxıb. Həmçinin metrodakı ticarətlə bağlı da ciddi faktlar var. Məlumatda deyilir ki, yoxlamalar hələ davam edir. İddialara görə, əsasən Tağı Əhmədovun kadrları və metropolitendə çalışan yaxınlarına həbs təhlükəsi yaranıb. Hətta Tağı Əhmədovun özünün də məsuliyyətə cəlb olunma ehtimalı var.(09.27)

***
Xəbər verdiyimiz kimi, bu gün Azadlıq qəzeti Bakı Metropolitenində ciddi korrupsiya yoxlamaları aparıldığı barədə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Metropolitendə aparılan yoxlamalardan sonra həbslərə start veriləcək.

"Qafqazinfo" məlumatı dəqiqləşdirmək üçün Bakı Metropoliteni ilə əlaqə saxlayıb. Metropolitendən daxil olan məlumata görə, hazırda Metropolitendə heç bir yoxlama aparılmır: "Hər şey qaydasındadır. Yayılan xəbər həqiqəti əks etdirmir. Hazırda hər kəs öz işinin başındadır. Metronun səviyyəsini dünya standartlarına çatdırmaq üçün gecə- gündüz işləyirik".

Metropolitendən həmçinin 20 yanvar metrosundakı ticarət obyektləri ilə bağlı son günlər emdiada yayılan xəbərlərə münasibət bildirilib:

"20 yanvar metrosunun giriş -çıxış yerlərində olan bütün ticarət obyektləri yığışdırılıb. Qalan köşklər piyada keçidlərindədir. Həmin keçidlər isə Metropoliten ərazisinə daxil deyil.


AzNews.az