“Turan Bank”ın işçisi dələduzluq etdi

Bakı sakininin pulu mənimsənilib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Lalə Saleh qızı İbrahimova polisə ərizə ilə müraciət edərək bildirib ki, Yasamal rayonu Nizami küçəsi 63-də yerləşən "Turan Bank"ın nəzdində olan Lombardda işləyən Azər Sevindik oğlu Şıxverdiyevə bir gün saxlamaq adı ilə 14840 manat və qızıl zinət əşyalarını verib. A. Şıxverdiyev müxtəlif bəhanələr gətirərək həmin pulu və qızılı geri qaytarmayaraq mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az