Millət vəkilindən unikal addım - FOTOLAR

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Ağrı dağın zirvəsinə qalxıb.

AzNews.az xəbər verir ki, millət vəkili bu orijinal addımını 14 iyul Heydər Əliyevin siyasətə gəlişinin 45 illiyinə həsr edib. Bu ağır yolçuluqda Adil Əliyevlə Avrasiya İqtisad Əlaqələr Dərnəyinin sədri, "EkoAvrasiya" dərgisinin baş redaktoru Hikmet Eren yoldaşlıq edib.

Bu addımı ilə bağlı jurnalistlərlə fikirlərini bölüşən Adil Əliyev Ağrı Dağın Türk dünyasının birlik və həmrəylik rəmzi olduğunu vurğulayıb:
"Ulu öndər Türkiyə-Azərbaycan əlaqələrinə, Türk dünyasının birliyinə xüsusi önəm verirdi. Belə bir gündə ulu öndərin xatirəsini əziz tutub zirvəyə çıxdıq. Çünki, o türk dünyasının güclənməsinin memarlarından sayılır. Ağrı dağ Türk dünyasının birlik və həmrəylik rəmzidir. Üstəlik, bu dağın türk dünyası üçün xüsusi önəmi var. Yüz ildən çoxdur ki, ermənilər bu dağa iddia irəli sürürlər. Bir neçə il bundan öncə Ermənistan prezidenti Serj Sərkisyanın erməni gənclərinə bu dağı almağı tövsiyəsinə ən yaxşı cavabı prezident İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanla görüşündə vermişdi. Prezidentin ermənilərin bu addımını onların işğalçılıq mahiyyətini ortaya qoyduğunu qeyd etməsi işğalçı dövlətin başçısına tutarlı cavab idi".

Qeyd edək ki, Adil Əliyev Türk dünyasının ilk millət vəkillidir ki, Ağrı dağın zirvəsinə çıxıb.







AzNews.az
image description image description