Konçitaya sevgi etirafı edən Eldar hamını şoka salacaq

"Eurovision 2014"ün qalibi Konçita Vurstə sevgi etirafı ilə hər kəsi şoka salan müğənni Eldar Qasımov iyulun 18-də solo konsert vermək niyyətindədir.
Lent.az-ın məlumatına görə, "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycana qələbə qazandıran ifaçının konserti "Eldar summer live show" adı altında baş tutacaq. Konserti barədə danışan Eldar bildirib ki, konsertdə hər kəsi təəccübləndirəcək: "Konsertim çox fərqli olacaq. Orda məni dinləməyə gələn tamaşaçılara bir sürprizim olacaq. Bu sürprizə doğurdan heç kəsi şok edəcək".

Xatırladırıq ki, müğənninin bundan öncəki "The One" adlı solo konserti bu ilin mart ayının 9-da baş tutmuşdu.

Qeyd edək ki, E.Qasımov "Eurovision 2014"ün qalibi Konçita Vurstü tənqid edənlərə qarşı çıxaraq, onu müdafiə etmişdi: ""Başqalarının sənin haqda dedikləri mənə maraqlıdırmı? Xeyr. Mən səni sevirəm, Konçita. Artıq bu mənasız söhbətlərdən bezdim. Sən o lənətə gəlmiş mikrofonu götürdün və "Eurovision" müsabiqəsini fəth etdin. Mənim vecimə deyil, nə deyirlər və nə deyəcəklər. Fakt odur ki, dünyanın yarısı onun ayaqları altındadır. Bu pisdir və ya yaxşıdır, buna biz qərar vermirik və yaxşı ki, biz qərar vermirik. Şadam ki, qaliblər sırasına qatıldın. Səni təbrik edirəm, əzizim".