Öküzlə selfi 4 min dollara başa gəldi

İspaniyada Pamplon festivalında öküzlə qaçış zamanı selfi çəkdirmək istəyən iştirakçı 4 min dollar məbləğində cərimələnib.
Trend bu barədə İspaniya KİV-lərinə istinadən xəbər verir.

Təşkilatçılar öküzlə selfi çəkdirmək istəyənlərin cəzalanacağını bildirsə də, britaniyalı gənc xəbərdarlıqları nəzərə almayıb.

Qeyd edək ki, bu qadağa iştirakçıların təhlükəsizliyini təmin etmək üçün qoyulub.

Festival iştirakçılarının təqribən yarısı Avstraliya, ABŞ və Böyük Britaniyadan olub.

1911-ci ildən keçirilən festivalda indiyə kimi 15 nəfər ölüb. Sonuncu ölüm hadisəsi 2009-cu il festivalında öküzün buynuzunun iştirakçılardan birinin arteriyasına keçirməsi nəticəsində olub.

AzNews.az