Bu görüntü dünya mətbuatının gündəminə düşdü

İsrail Qəzzaya hücumları dayandırdığını açıqladıqdan sonra sosial şəbəkələrdə maraqlı foto yayımlanıb.

ANS PRESS-in məlumatına görə, İsrail ordusunun əsgərlərinin istirahət etdiyi əks olunmuş görüntü dünya mətbuatının gündəminə düşüb. Tankın yanında yerdə yatan əsgərlərin fotoları sosial şəbəkələrdə müzakirə mövzusu olub. 7 günlük əməliyyatdan sonra yorğun düşən İsrail əsgərləri görünür hökümətin son qərarını gözləyir.

Qeyd edək ki, İsrail Qəzza xəttində Misirin atəşkəs təklifinə razılıq verib. Bu barədə qərar bu gün səhər saatlarında qəbul olunub.

France Press agentliyinin məlumatına görə, Misir atəşkəs elan etməyi, daha sonra isə İsrailin Qəzzaya tədbiq etdiyi embarqonu yumşaltması haqqında müzakirələrə başlamağı təklif etmişdi.

Lakin Həmas qruplaşması atəşkəs rejiminin əldə olunamsı ilə bağlı hələ ki, razılıq verməyib.



AzNews.az