Meşənin kralı məğlub oldu- VİDEO

Cənubi Afrikada maraqlı hadisə baş verib. ANS PRESS-in məlumatına görə, bir aslan yaşlı turun üzərinə hücum çəkərək onu parçalamaq istəyib.

Cənubi Afrika Kruqer Milli Parkında baş verən hadisəni gəzintiyə çıxan Matheson adlı gənc öz telefonun yaddaşına köçürüb.

Hadisə zamanı turun çətin vəziyyətdə olduğunu görən digər turlar ona kömək etməyə çalışıblar.

Turlardan biri təxminən 100 kiloqram çəkisi olan aslanı buynuz zərbələriylə top kimi havaya atıb və yoldaşını xilas edib. Meşənin kralı sayılan aslan bu vəziyyətdə çıxış yolunu yalnız qaçmaqda tapıb.




AzNews.az