Tarkanın ölüm xəbəri yayıldı - QƏZA(YENİLƏNİB)

Bu dəqiqələrdə Facebook sosial şəbəkəsində Türkiyəli məşhur müğənni Tarkanın avtomobil qəzasında həlak olması ilə bağlı xəbər linkləri paylaşılıb. Az sonra məlum olub ki, bu, sadəcə, virusdur. Xəbər cəlbedici olduğundan minlərlə istifadəçinin hesabı bu virusa yoluxub. Bu tipli linkləri gördüyünüz zaman onları açmamağınız məsləhətdir.

***
13:38

Türkiyənin tanınmış müğənnisi Tarkanın (Tevetoğlu) ölüm xəbəri yayılıb. AzNews.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Dünyaca məşhur sənətçinin avtomobil qəzasında öldüyü bildirilir.

Qeyd edək ki, bu, meqastarla bağlı ilk belə xəbər deyil. Belə ki. 2011-ci ildə də onun ölüm xəbəri yayılmışdı.

İntiqam Valehoğlu
AzNews.az