İlhamə Quliyeva “ONUR”landırıldı - Mükafat

Xalq artisti İlhamə Quliyeva "Qafqaz – Media" İctimai Birliyinin təsis etdiyi "ONUR" mükafatına layiq görülüb.

Xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərovun AzNews.az-a verdiyi məlumata görə, sənətkara bu mükafat Milli mətbuatımızın 139-cu ildönümü münasibəti ilə Azərbaycan musiqisini bütün dünyada yüksək səviyyədə təbliğ etdiyinə və sənət bayrağımızı daim ən uca zirvələrdə dalğalandırdığına görə verilib.
Xatırladaq ki, bu mükafat fəaliyyət göstərdikləri sahələrdəki böyük uğurlarına görə millət vəkilləri Qənirə Paşayeva, Jalə Əliyeva, xalq artisti Amaliya Pənahovaya və ölkənin bir sıra KİV-də çalışan peşəkar jurnalistlərə də verilib.

AzNews.az