Avtomobil idxalı azalıb- 28 faiz

Azərbaycan 2014-cü ilin yanvar-iyun aylarında 34 359 ədəd avtomobil idxal edib. 2013-cü ilin müvafiq dövründə bu rəqəm 47 890 ədəd olub. AzNews.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin saytında yerləşdirilən xəbərdə deyilir.

İdxal edilən avtomobillərin 30 917 ədədi insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2013-ci ilin yanvarında bu göstərici 43 186 ədəd təşkil edib.

Azərbaycan 2013-cü ildə 104 385 ədəd avtomobil idxal edib. Bu rəqəm 2012-ci ildə 101 255 ədəd olub. İdxal edilən avtomobillərin 94 879-u insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2012-ci ildə bu göstərici 89 652 ədəd təşkil edib.

Bundan başqa, hesabat dövründə ölkəyə 2765 (idxal edilən nəqliyyat vasitəklərinin ümumi sayından 9,04 faiz) yük avtomobili idxal edilib ki, bu da pötən ilin eyni dövründəkindən 8,9 faiz azdır. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələri növlərinin payına düşüb.

2013-cü ildə ölkəyə 7823 yük avtomobili idxal edilib. 2012-ci ildə bu rəqəm 9433-ə bərabər olub.

AzNews.az