Azərbaycanda meşə yanır

Lerik rayonu, Piran kəndindəmeşə yanır. AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayon mərkəzindən 35 km aralıda, dağlıq meşə ərazisində baş verən yanğına FHN-nin Aviasiya Dəstəsinin bir helikopteri cəlb edilib. Hazırda yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək.

İntiqam Valehoğlu
AzNews.az