Rusiya təzyiqə dözmədi- “Qara qutu” Malayziyaya verildi

Qondarma "Donetsk Xalq Respublikası"nın silahlıları "qara qutu"nu Malayziyadan olan mütəxəssislərə təhvil veriblər.

AzNews.az-ın məlumatına görə, iyulun 17-də Ukraynanın Donetsk vilayəti səmasında vurulduğu ehtimal edilən "Boeing 777" sərnişin təyyarəsi separatçıların nəzarətində olan bölgəyə düşüb.

Ötən gecə isə separatçılar müzakirələrdən və təzyiqlərdən sonra ələ keçirdikləri "qara qutu"ları medianın, o cümlədən beynəlxalq müşahidəçilərin qarşısında Malayziyadan olan ekspertlərə təqdim ediblər.

AzNews.az