Sərnişinlərdən 282-nin cəsədi tapıldı- VİDEO

Sərnişinlərdən 282-nin cəsədi, 16-nın isə cəsədinə məxsus 87 qalıq tapıldı
Ukraynanın Donetsk vilayətinin səmasında ərazidə nəzarəti ələ keçirən separatçılar tərəfindən vurulduğu ehtimal edilən Malayziya Hava Yollarına məxsus "Boeing-777" sərnişin təyyarəsnin qəza yerində əməliyyat-axtarış tədbirləri başa çatdırılıb.

AzNews.az-ın məlumatına görə, bütün cəsədlər və qalıqları xüsusi vaqonlara yüklənərək Donetskə yola salınıb. Buradan isə Xarkova göndərilib.

Vəfat edənlərdən 282-nin cəsədi və 16 cəsədə məxsus 87 qalıq tapılıb. Xarkovda xüsusi işlərə 150 nəfər və 10 ədəd texnika cəlb edilib. Təyyarə qəzasının səbəblərini araşdırmaq üçün hökumət komissiyası fəaliyyət göstərir.

Ekspertiza işi yekunlaşdıqdan sonra isə cəsədlər və qalıqları vətənlərinə göndəriləcək.



Aydan Axundova
AzNews.az