- Köhnə - Dünya
- 22 İyul 2014 09:53
- 2 852
Təyyarədə ölən qızın atası Putinə məktub yazdı
Axar.az xəbər verir ki, həlak olan qızın atası məktubu qızının şəkli ilə birlikdə özünün Feysbuk səhifəsində yerləşdirib:
"Onun 17 yaşı var idi. Arxitektor olmaq istəyirdi. Adıçəkilən centlmenlər, ümid edirəm ki, siz gənc ömrü kəsdiyiniz üçün fəxr edirsiz və sabah aynaya baxa biləcəksiniz.
Ümid edirəm ki, ingilis dilində olan bu məktubum sizə gəlib çatacaq və intellektual insanlar kimi onu oxuya biləcəksiniz. Bir daha sizə təşəkkür edirəm. Ən xoş arzularla həyatı məhv olan Elsemikin atası Hans de Borst".
Məktub sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçilərindən biri məktubla bağlı maraqlı şərh yazıb:
"Əgər separatçılar Putinin Forszotenedə (Haaqa yaxınlığındakı şəhər) yaşayan qızını öldürsəydilər, o buna sevə-sevə baxardı".
Qeyd edək ki, iyulun 17-də Ukraynanın Donetsk vilayətində Malaziya hava yollarına məxsus olan Boinq-777 sərnişin təyyarəsi vurulmuşdu. Nəticədə 80 nəfəri uşaq olmaqla 298 nəfər həlak olmuşdu.
AzNews.az