Ukraynaya qarşı slavyanlardan ibarət dəstə döyüşür

Serbiyadan qondarma "Donetsk Xalq Respublikası"na (DXR) kömək üçün 205 könüllü gəlib.

AzNews.az-ın məlumatına görə, Ukrayna mediası xəbər verir ki, bu barədə Donetsk terrorçularının başçısı İqor Qirkin (Strelkov) açıqlmasında deyib. O bildirib ki, serblər "Yovan Şeviç"in dəstəsinə qoşulublar. Serblərin komandiri Bratislav Jivkoviçin sözlərindən sitat gətirən İ. Qirkinin sözlərinə görə, dəstələrində itki yoxdur: "Slavyan ölkələrindən könüllülər gəlməkdə davam edir. Buna mən çox şadam. Bu sayədə serblər və xorvatlar yenidən birləşdilər. Biz serblər slavyan qardaşlığının mənasının və vacibliyini hər kəsdən yaxşı başa düşürük. Xüsusilə bizə ruslarlarla çiyin-çiyinə vuruşmaq nəsib olub. Başqa necə ola bilərdi ki, biz ruslarsız bacarmarıq".



Aydan Axundova
AzNews.az