Ağır xəstə olan aktrisa: “Nazirlik mənlə maraqlanmır”

Bir neçə ağır xəstəlikdən əziyyət çəkən tanınmış aktrisa, Əməkdar artist Gülnar Salmanovanın səhhətinin ağırlaşdığı barədə xəbər vermişdik.

AzNews.az məsələ ilə bağlı yenidən aktrisayla əlaqə saxlayıb.
Əməkdar artist bildirib ki, mətbuatın məsələni işıqlandırmasından sonra da Mədəniyyət və Turizm Nazirliyindən heç kim onunla maraqlanmayıb: "Bu dəqiqə dializ qəbul edirəm. Nazirlikdən heç kim maraqlanmayıb. Yalnız sənət yoldaşlarım mənə baş çəkiblər.
Yaxşı ki, dializə görə pul ödəmirəm. Bunu hökumət öz üzərinə götürüb".

Xatırladaq ki, G. Salmanova şəkər xətəliyindən əziyyət çəkir. Bundan başqa, onda ankoloji xəstəlik də aşkar edilib.

İntiqam Valehoğlu
AzNews.az