DİN-dən “Sədərək”də baş vermiş yanğınla bağlı rəsmi Açıqlama

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzində yerləşən 8 mağazada yanğın baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iyulun 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzində yerləşən 8 mağazada yanğın baş verib.

Nəticədə, 96 kvm sahəsdə mağazaların yanar konstruksiyaları və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb.

Qeyd edək ki, iyulun 21-də səhər "Sədərək" ticarət yarmarkasında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib və onlar yanğını lokallaşdıra biliblər. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 07:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.

AzNews.az