Separatçılar Severodonetskdən qaçdı-Şəhər hökumətin əlində (Fotolar)

Ukrayna hökumət qüvvələri Luqansk vilayətinin Severodonetsk şəhərini separatçılardan geri alıblar.

AzNews.az-ın məlumatın görə, strateji əhəmiyyətli şəhərdə bütün obyektlər rusiyameyilli separatçılardan təmizlənib. Xüsusən şəhər İcra Hakimiyyətinin, milis idarəsinin Ukrayna Təhlükəsizlik Xidmətinin yerli şöbəsinin binaları hökumət qüvvələrinin əlinə keçib.

Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib ki, obyektlərin birinin zirzəmisində naməlum 2 şəxsin meyiti aşkar olunub, qonşu rayonun sakini olan 4 girov isə azad edilib.

Xatırladaq ki, hökumət qüvvələri ötən gün ölkənin cənub-şərqində separatçıların nəzarətində olan Dzerjenski, Rubejnıy, Soledar şəhərlərini azad edib.





AzNews.az