5 məscid dağıdıldı- Qəzzada

Ramazan ayında 600-dən çox müsəlmanının qanının axıdıldığı Yaxın şərqdə İsrailin Qəzza zolağında hərbi əməliyyatları davam edir. İsrail Fələstinin atəşkəs elan olunması barədə xahişini açıq şəkildə rədd edib. Qəzza zolağına endirilən aviazərbələrin nəticələri daha ağır olub.

ANS TV-nin məlumatına görə, bu gün İsrail ordusunun açdığı internsiv atəş nəticəsində Qəzzada beş məscid, idman komlpleksi və "Həmas" liderlərindən birinin yaşadığı ev dağıdılıb. Gecə boyunca İsrail aviasiyası 70 obyektə zərbələr endirib. Ümumilikdə, Qəzza zolağında həlak olanların sayı 600 nəfərə çatıb. İsrail tərəfdən isə 29 nəfər əsgərin həlak olduğu bildirilir.

Yaxın şərqdə vəziyyəti bərpa etmək məqsədilə ABŞ baş katibi Con Kerrinin Misirə səfəri davam edib. Misirin xarici işlər naziri ilə görüşən Kerri, İsrailin atdığı addımları özünü müdafiə kimi qiymətləndirdiyini desə də nəticələrdən çox narahat olduğunu vurğulayıb.

Con Kerri, indiki şəraitdə günahsız insanların taleyinin ancaq "Həmas"dan asılı olduğunu deməklə, baş verənlərdə dolayı yolla "Həmas"ı günahlandırdı.

Bu arada, "Həmas" qruplaşması İsrail tərəfdən 5 saatlıq atəşkəs elan olunmasını istəsə də İsrail rəsmiləri, atəşkəsin hələ ki, gündəmdə olmadığını deməklə, bundan imtina ediblər.

AzNews.az