Azərbaycanda dövlət qeydiyyatından keçmiş KİV-in sayı açıqlandı

"Ötən illər ərzində həyata keçirilmiş çoxsaylı tədbirlər Azərbaycanda KİV-in kəmiyyət və keyfiyyət göstəricilərinin inkişafına mühüm təsir göstərib".

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov milli mətbuatın 139-cu ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə çıxışında deyib.

Ə. Həsənov bildirib ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçib.

Şöbə müdirinin sözlərinə görə, ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq mətbuat orqanı, 20-dən çox informasiya agentliyi, 300-ə yaxın aktiv internet informasiya resursu, 50-dən artıq televiziya və radio kanalı, onlarla mətbuat yayımı firması fəaliyyət göstərir.

AzNews.az