- Köhnə - Hadisə
- 23 İyul 2014 07:28
- 1 956
Sumqayıtda qəza -sərnişin öldü
Sülh küçəsi ilə Sumqayıt şəhərinə gedən "Opel" maraklı minik maşınının sürücüsü avtomobilə nəzarəti itirərək onu yol kənarındakı ağaca çırpıb. Zərbənin təsirindən ağac kökündən çıxaraq aşıb. Avtomobil isə deformasiyaya uğrayıb. Hadisə nəticəsində maşında sərnişin qismində əyləşən 40-45 yaşlarında kişi dünyasını dəyişib. Qəzanı törədən sürücü isə avtomobili ərazidə ataraq qaçıb.
Hadisə yerinə gələn şəhər polis idarəsinin əməkdaşları hadisə yerini müayinə ediblər. İlkin müayinələr nəticəsində qəzaya səbəb kimi avtomobilin yüksək sürətlə idarə olunması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Qəzada sünyasını dəyişən şəxsin eləcə avtomobil sahimibin kimiliyini müəyyən etmək istimətində iş aparılır. (Müsavat)
AzNews.az