Lənkəranda 5, Lerikdə 30 hektar meşə yandı

Lənkəran rayonu, Hirkan Milli Parkının (rayon mərkəzindən 8 km aralı) dağlıq ərazidə, meşə zolağında 5 hektar sahədə baş vermiş yanğının qarşısı alınıb. AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib. Hazırda yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir.
Lerik rayonu, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq ərazidə, meşə zolağında 30 hektar sahədə yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir. Qeyd olunur ki, yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti ilə yanaşı, meşə təsərrüfatı əməkdaşları və yerli əhali də iştirak edir.

İntiqam Valehoğlu
AzNews.az