Naxçıvanda zəlzələ oldu

Naxçıvan Muxtar Respublikasında zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ saat 05:17:39-da Naxçıvandan 19 km şimal-qərbdə - Şərurda qeydə alınıb.
Zəlzələnin dərinliyi 13 km, maqnitudası 3 olub.

AzNews.az