Elman Mehdiyev 7 rayondan olan sakinləri qəbul edəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Tovuzda 7 rayonun məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan AzNews.az-a verilən məlumata görə, Elman Mehdiyev 30 iyul 2014-cü il tarixdə, saat 11:00-da Fondun Tovuz rayon şöbəsinin inzibati binasında Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: Fondun Aparatında (012) 434-12-34 Tovuz rayon şöbəsində (02231) 5-00-40 Qazax rayon şöbəsində (02229) 5-27-96 Ağstafa rayon şöbəsində (02222) 5-26-12 Şəmkir rayon şöbəsində (02230) 5-30-33 Gədəbəy rayon şöbəsində (02232) 6-00-93 Göygöl rayon şöbəsində (02220) 5-23-77 Daşkəsən rayon şöbəsində (02221) 5-52-42 Qəbulda iştirak edəcək vətəndaşların iyulun 30-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla Tovuz rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.

AzNews.az