Nazpəri İlhamədən üzr istəyəcəkmi? - Açıqlama

Xalq artisti İlhamə Quliyevanın həmkarı Nazpəri Dostəliyeva qarşı qaldırdığı məhkəmə iddiasının tələb hissəsində dəyişiklik edilib.
Bu barədə AzNews.az-a Xalq artisti Nazpəri Dostəliyevanın vəkili Yunus Vəliyev məlumat verib.

O deyib ki, Xalq artisti İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı 500 min manat ödənilməsi tələbi məhkəmə tərəfindən 25 min manata endirilib: "Bu gün Ali Məhkəmə işin kassasiya şikayətinə baxıb. Şikayətimiz qismən təmin edilib. İlhamə Quliyevanın tələb etdiyi 500 min manat cərimə 25 min manata salınıb. Üzr istəmək məsələsinə gəlincə, bu barədə bir söz demək çətindi. Məhkəmənin qərarı bizə təqdim olunandan sonra bununla bağlı nə isə demək olar".

Vəkil vurğulayıb ki, N. Dostəliyevanın üzr istəyib-istəməməsi məsələsi haqda indidən fikir bildirmək düzgün deyil.
Xatırladaq ki, İ. Quliyeva N. Dostəliyeva tərəfindən təhqir olunduğu iddiası ilə məhkəməyə şikayət etmişdi.

Bahar Rüstəmli
AzNews.az