Kəmaləddin Heydərov vətəndaşları qəbul etdi- Xızıda

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Xızı şəhərində Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

APA-nın şimal bürosunun məlumatına görə, nazir tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir hissəsi yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 98, digər məsələlərlə bağlı müraciət etmiş 52 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

AzNews.az